Vaxt.Az

«700 bal toplayan olmadı»


 

TQDK-dan rəsmi açıqlama

«700 bal toplayan olmadı» TQDK mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

İmtahan nəticələrinə görə, ötənilki məzunlar arasında 700 bal toplayaraq maksimum nəticə göstərən olmayıb.

Bu barədə AzVision.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, III ixtisas qrupu üzrə maksimal bal 663, II ixtisas qrupu üzrə isə ən yüksək nəticə 625 bal olub.

TQDK rəsmisi bildirib ki, imtahan nəticələri ilə bağlı ətraflı məlumat komissiyanın rəsmi intenet səhifəsində yerləşdiriləcək.

 





13.05.2014    çap et  çap et