– Bu, Paşinyanın sülh şərtlərimizin yerinə yetirilməsini süni surətdə yubatmasının qarşılığında Ermənistana “soyuq duş” effekti yaşadan, İrəvanda çox ciddi narahatlıq doğuran cavab addımlarımızdan biridir (İrəvan prosesi yubatmağa davam etdikcə bu cür şok effektli preventiv addımlarımızın ardı gələcək).
– Bu, Ermənistanın və erməni lobbisinin guya Azərbaycanın Qarabağda “erməni mədəni-tarixi irsi”nin məqsədyönlü şəkildə “məhv” etməsi barədə xaricdə apardığı şər-böhtan kampaniyasına tutarlı əks cavabdır (yəni ki, Ermənistan özü Qərbi azərbaycanlıları sadəcə deportasiya etməklə kifayətlənməyib, həmçinin Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısını (Göy Məscidi çıxmaqla) məhv edib, qəbiristanlıqlarımızı dağıdıb, azərbaycanlıların mədəni və dini irsini sistemli şəkildə yer üzündən silib).
– Bu, Qərbi Azərbaycanda (indiki Ermənistanda) tarixi varlığımızın əyani-faktoloji təsdiqidir (yəni ki, bu gün Azərbaycan Respublikasında məcburi mühacirət, qaçqın həyatı yaşayan Qərbi Azərbaycan türkləri İrəvan Qazılığını bərpa edirlərsə, bu o deməkdir ki, vaxtilə İrəvanda belə bir dini-ictimai təsisat mövcud olub və orada yaşayan azərbaycanlıların inancına, etiqadına xidmət göstərib).
– Bu, tarixi yaddaşımızın bərpasıdır. Çarizm dövründən tədricən sıxışdırılmağa başlayan, daşnak-sovet hakimiyyətinin ilk illərində isə tamamilə ləğv edilən İrəvan qazılığının və Qərbi Azərbaycandakı digər qazılıqların, dini təsisatların, vəqflərin bərpası Qərbi Azərbaycana Qayıdış siyasətimizin real tarixi faktologiyaya söykəndiyini göstərir Yəni ki, bu faktlar dəmir kimi möhkəm, inkarolunmaz faktlardır və ermənilərin bu faktları heç bir əks-arqumentlərlə, saxta əsaslandırmalarla inkar etməsi mümkün deyil.
Beləliklə, bu onu göstərir ki, biz qayıdış siyasətimizi tarixi irs konsepsiyasının üzərində qururuq. Bu, ən etibarlı istinad nöqtələrimizdən biridir. Azərbaycan artıq Ermənistanı real fakt qarşısında qoyur və Qərbi Azərbaycandakı mədəni-tarixi irsimizə sahib çıxmaq istiqamətində konkret təsirli addımlar atır, Qərbi Azərbaycana dinc şəkildə qayıdışımız üçün hüquqi-siyasi əsaslar yaradır.
Odur ki, İrəvan Qazılığının bərpa edilməsi qərarının Ermənistanda sanki aydın səmada şimşək kimi qarşılanması anlaşılandır. Böyük ehtimalla, ermənilər Azərbaycandan belə bir çarpıcı siyasi-diplomatik şahmat gedişi gözləmirmişlər. Onlar rəsmən səksəkəyə düşüblər. Bakının bu addımı İrəvanda həqiqətən də ciddi ictimai-siyasi rezonans doğurub. Ermənilər bir gün tezliklə İrəvanda azan səsinə oyanacaqlarının təşvişini yaşamağa başlayıblar.
P.S. Bu istiqamətdə informasiya-təbliğat siyasəti effektiv şəkildə qura bilsək, həmçinin tezliklə irqçi-faşist Eçmiədzin kilsəsinin də, quzğun erməni lobbisinin də səsini batıracaq, şər-şəbədəsini neytrallaşdıra biləcəyik.