Vaxt.Az

“Aşarı”, “Həşəri”, “Haşiyə rud”


 

Farslar qədim türk kəndinin adını necə dəyişdilər?

“Aşarı”, “Həşəri”, “Haşiyə rud” Güney Azərbaycanda Xoy şəhərinin güneyindən keçən Qotur çayının düz qıyısında, çayın güney sahilində, Nəvayi kəndinin yanında sonralar “Haşiyə rud” adlandırılmış kəndin əsli adı “Aşarı” dır. Niyə Aşarı? Çayın aşdığı yerdə, aşarında yerləşən ərazinin adı bu coğrafi özəlliyinə görə “Aşarı” olub. Kəndə getmək üçün Qotur çayını keçməlisən.

Güney Azərbaycanın Xoy şəhərinin güneyindən keçən Qotur çayının düz qıyısında, çayın güney əlində, Nəvayi kəndinin yanında sonralar “Haşiyə rud” adlandırılmış kəndin əsli adı “Aşarı” dır. Niyə Aşarı? Çayın aşdığı yerdə, aşarında yerləşən avadanlığın adı bu coğrafi özəlliyinə görə “Aşarı” olub. Kəndə getmək üçün Qotur çayını keçib aşmalısan.

Sonra kəndlilər getdikcə “Aşarı” yerinə “Həşəri” deyiblər. “Həşəri” bizdə ehtiraslı, şəhvətli anlamında dır. Ki bu da qabaqkı açıqlamaya görə kənd adı olaraq düz ola bilməz. Uydurmanın ustası olan farslar kəndlilərin “Həşarı” dediyi sözcüyü “Haşiyə rud” eliyiblər.

Yerli xalqın tələffüzü bütün dilçilik biliyində dünyanın hər yerində təməl qaynaq sayılır. Uyqarlıq (mədəniyyət, kültür) alan araşdırmalarında qadınlar yox, 60 yaşdan yuxarı kişilərin danışdığı dil, tələffüz, işlətdikləri toponimlər, deyimlər, söz birləşmələri, dil quruluşu (qrammatika) dilçilik biligində təməl qaynaqdır. Corc Yulz, Viktoriya Framkin, Susur, Çamski ... kimi dil bilginlərinin arasdırması bu yolda olub.

Amma savadsız xalqın bilgisi çox vaxt yanlışlara meydan açır. Hətta çox sadə sözləri belə açıqlaya bilmirlər. Örnək üçün “ön” sözcüyü bizim dilimizdə uşaq oyunlarında var. İndi uşaqlar küçədə, mədrəsədə oynayanda əl ələ verib oyunu bu sözlərlə başlayır:

“Əno, məno, mən çıxdım!” deyərək birinci, ikinci, üçüncü, ... oyunçunu səçirlər. Soruşsaz: “Əno, məno,” nədir bilməyəcəklər.

Amma oxusaydılar, kitablarda düzünü oxuyub örgənərdilər. Düzü belədir:

“Ən ön mən çıxdım!”

Başqa sözlə “Hamıdan qabaq, öncə mən çıxdım!” demək istədiklərini bilərdilər.

Başqa belə örnəklər çox var. Yeni yazılarda sunulacaq.

 

P.S. Müəllifin istəyini nəzərə alaraq, məqalənin Güney Azərbaycanda ləhcəsində təqdimatına qərar verdik.

Müəllif yazır:

Örnək üçün, “öyrənmək” sözcüyünün düzü “örgənmək”dir. Diqqət eləsəz Cənab Prezident hərdən danışıqlarında işlədir. “Göstərmək” yox, “görsətmək”. Niyə?

Göz – gör – görmək – görsətmək

“Yoxdur” – yox + dur, bu da yanlışdır. Doğrusu “Yoxdır”.

“Deyil” – demək – deyilmək

Yemək – yeyilmək

Əymək – əyilmək

Ona görə “dəyil” düzdür. Urmuda, Şəkidə “döyül”, Zənqan, Həmədan bölgəsində “dəgil” işlədərlər.

 





25.05.2025    çap et  çap et