Bu gün kubokuna qovuşacaq olan sarı-qırmızılılar gələn həftəsonu keçiriləcək “Başakşehir” matçı ilə mövsümü başa vuracaq.
***
Oyundakı ilk qolla hər kəsin gözündəki pası silən Kaan Ayhan bu mövsüm ərzində ilk dəfə toru silkələdi və düz 5 mövsümdən sonra cərimə zərbəsindən qol vurmuş oldu. Ulduz oyunçu daha əvvəl 1 fevral 2020-ci ildə Fortuna Düsseldorfda oynayarkən Frankfurtla görüşdə qol vurmuşdu. Kaan qırmızı-sarı komanda karyerasında 3-cü qolunu vurdu.
***
“Aslan”ların baş məşqçisi Okan Buruk matçdan sonra bunları, “Futbolçuları yaxşı və ya pis qiymətləndirəcək matç deyildi. Onlar yaxşı niyyətli idilər və hər zaman oyunda iştirak edirdilər. Mertens bizim üçün çox dəyərlidir. Onunla ayrılmaq çətindir. Muslera keçən il də bunu düşünmüşdü. Onu inandırmaqda çətinlik çəkdik. Seçimlərimiz də çətin olacaq və yeni yollarımız olacaq. 19 Türkiyə kuboku almışıq, yeni şüarımız 2026-cı ildə 20+26 deyəcəyik. Yeni mövsümə bu hədəflə hazırlaşacağıq”.
***
Mövsümün sonunda ayrılmağa hazırlaşan Dris Mertens “Göztepe” ilə qarşılaşmada kapitan kimi meydana çıxdı. Fevraldan sonra ilk dəfə ilk 11-likdə şans tapan futbolçu 68-ci dəqiqədə Erenlə əvəzlənib və kapitan sarğısı Kaana verilib. Matçdan sonra gələcəyi ilə bağlı “1 ilə gəldim amma 3 il keçdi. İndi çətin də olsa qərar verəcəm”, – deyib.
***
Qarşılaşmadan sonra “Göztəpə” azarkeşlərinə yaraşmayan hadisə yaşanıb. Komandanın yola düşməsini gözləyən “Qalatasaray” avtobusu hücuma məruz qalıb. Atılan daşlardan biri avtobusun şüşəsini deşib.