Vaxt.Az
Amerikanı vahimədə saxlayan yirtıcı
Snakehead ABŞ-ın ən önəmli simvollarından sayılan göldə də peyda olub
Afrika və Asiya sularında yaşayan yırtıcı snakehead balığı ABŞ-ın ən önəmli simvollarından sayılan Central Parkdakı Harlem gölündə də peyda olub. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, böyük ağızı və kəskin dişləri olan, uzunluğu 1 metrə çatan snakehead balığı yırtıcılığı və yaşadığı ekosistemi istila etməsi ilə məşhurdur.Bu səbəbdən də ona “Fishzilla” adı verilib. Qurbağa və böcəklərlə qidalanan bu balıq sudan kənarda və buz altında da günlərlə yaşaya bilir. Snakehead balığı Harlem gölündə həvəskar balıqçı tərəfindən tutulub və bundan sonra Nyu-York ştatının Ətraf Mühiti Mühafizə Departamenti hərəkətə keçib. Harlem gölündə Snakehead balığının artmaması üçün onun ovlanmasına başlanılıb. Gölün ətrafında isə xəbərdarlıq lövhələri asılıb. Lövhələrdə snakehead balığının ekosistemi təhdid etdiyi və bu balıqların tutulduqdan sonra təkrar gölə buraxılmaması gərəkdiyi vurğulanır. Bu balıqları tutaraq öldürən şəxslərə 200 dollar mükafat veriləcək. Snakehead balığının Nyu-Yorkdakı digər göl və çaylara yayılmasından əndişələnən rəsmilər bu balığın Harlem gölündə necə peyda olunduğunu müəyyənləşdirməyə çalışırlar.
03.05.2013 çap et