Vaxt.Az

“Türkiyənin bir nömrəli azarkeş kütləsi”


 

“Qalatasaray”ın keçmiş ulduzu Kapone çempionluq şənliyində

“Türkiyənin bir nömrəli azarkeş kütləsi” “Trendyol” Super Liqasının 2024-2025 mövsümünün çempionu “Qalatasaray” çempionluğunu İstanbul Yeniqapı Meydanında təşkil edilən möhtəşəm təşkilatçılıqla qeyd edib. Minlərlə pərəstişkarının qatıldığı tədbirdə rəngarəng görüntülərlə yanaşı, emosional anlar da yaşanıb.

“Qalatasaray”ın sabiq futbolçusu, braziliyalı müdafiəçi Kapone bayram şənliklərində jurnalistlərin suallarını cavablandırıb. O, “Qalatasaray” azarkeşlərinə sevgi və minnətdarlığını bu sözlərlə ifadə edib: “Bu gün vacib bir gündür. Bu azarkeş kütləsini çox sevirəm. Onlar mənə hər zaman sevgi ilə yanaşdılar. Ona görə də mənə göstərdikləri sevgiyə görə onlara təşəkkür edirəm. Onlar Türkiyənin bir nömrəli azarkeş kütləsidir, elə deyilmi? Məncə, onlar həqiqətən təbrik edilməyə layiqdirlər. Düşünürəm ki, hər zaman belə olmalıdır”.

Bu açıqlama meydanda olan azarkeşlərin alqışları ilə qarşılanıb. Çempionat həyəcanının pik həddə çatdığı şənliklərdə sarı-qırmızılı camaatın birlik və həmrəylik mesajı ön plana çıxıb.

 





25.05.2025    çap et  çap et