Şimali İraqın Duhok şəhərindəki evində bəslədiyi aslanlarla yaşayan Diyarbakırlı iş adamı Əhməd Akbəy “Qalatasaray”ın 25-ci çempionluğunu sarı-qırmızılıların simvolu olan aslanlarla qeyd edib.
“Qalatasaray” azarkeşi olduğunu bildirən Akbəy, “Qalatasarayın simvolu olan aslanı bəsləyirəm. Ən böyük arzum Fatih Terim adlı aslanla “Qalatasaray” stadionunda bir matç izləməkdir. Digər aslanın adı Okan Burukdur və o, hal-hazırda baladır. O da böyüyəcək, adını da böyüdəcəyəm. Alper Yılmaz, Yunus da, Abdülkərim də yeni doğulublar, hələ gözlərini açmayıblar.