Vaxt.Az

Havada çaxnaşma


 

Sərnişin təcili çıxış qapısını açmağa çalışdı, təyyarə təcili eniş etdi

Havada çaxnaşma Yaponiyanın paytaxtı Tokiodan ABŞ-ın Texas ştatına gedən “All Nippon Airways” (ANA) şirkətinə məxsus sərnişin təyyarəsinin təcili eniş etmək məcburiyyətində qaldığı bildirilib.

“Mirror” qəzetinin məlumatına görə, bir sərnişin yerindən tullanaraq təcili çıxış qapısını açmağa çalışanda təyyarədə böyük çaxnaşma yaşanıb. “Boeing 777” model təyyarəsində baş verən insidentdən sonra pilot Sitl-Takoma beynəlxalq hava limanında təcili eniş etmək məcburiyyətində qalıb.

Ötən həftəsonu səhər saatlarında baş verən hadisənin adı açıqlanmayan şəxs təcili çıxış qapısını açmağa cəhd etdikdən sonra təyyarədəki digər şəxslər müdaxilə edərək sərnişini qapıdan aralayıb və yerə yıxaraq ram ediblər.

Hadisə təyyarənin enişinə 3 saat qalmış baş verib və pilot 45 dəqiqə ərzində Sitldə eniş edib. Hadisə baş verən zaman təyyarə 9 saat havada olub.

***

ABŞ mətbuatında çıxan xəbərlərə görə, təyyarə Sitldə eniş etdikdən sonra təyyarədə nizamı pozduğu üçün başqa bir sərnişin də təyyarədən çıxarılıb.

“FlightAware”in uçuş izləmə saytının məlumatına görə, sərnişin təyyarəsi daha sonra yenidən havaya qalxaraq planlaşdırılan vaxtdan dörd saat gec Hyustondakı Buş Beynəlxalq Hava Limanına enib.

Sitl hava limanından verilən açıqlamaya görə, uçuş zamanı qapını açmağa çalışan sərnişinin "tibbi böhran" yaşadığı müəyyən edilib və təyyarədən çıxarıldıqdan sonra yerli xəstəxanaya aparılıb.

Qapını açmağa çalışan sərnişinin qarşısındakı oturacaqda əyləşən sərnişin Eşli “Fox26”a bildirib ki, kişi ayağa qalxaraq yanındakı insanların üzərinə qaçıb və “xəstə olduğunu düşünüb”. "Bu inanılmaz idi. Mən addım atıb vəziyyəti nəzarətə götürən xeyirxah vətəndaşlara təşəkkür etmək istəyirəm. Nə edəcəyimi bilmirdim”, – Eşli deyib.

 





26.05.2025    çap et  çap et