Vaxt.Az

Paris-London arasında insident


 

Fransa Britaniyanın balıqçı qayığını ələ keçirib

Paris-London arasında insident BBC-nin məlumatına görə, La-Manş boğazında ələ keçirilən qayıq Bulon limanında saxlanılır. Fransa ədliyyə orqanları insidenti təqib etməyi düşünərkən qayığın limanı tərk etməsinə icazə verilmir.

Hadisə ilə bağlı paylaşılan məlumata görə, qayıq ötən həftə Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən dənizdə dayandırılıb. Qayıqda olan ekipajın lisenziyasız Fransa ərazi sularında balıq tutduğu iddia edilib.

İnsident Böyük Britaniya və Avropa Birliyi (AB) arasında əldə olunan razılaşmanın AB balıqçı qayıqlarının Britaniya ərazi sularına daha 12 il çıxışına yol açmasından sonra baş verib. Baş nazir Key Starmerin bu addımına britaniyalı balıqçılar reaksiya verib.

***

Britaniya Xarici İşlər Nazirliyi hadisədən sonra açıqlama verərək, Fransada saxlanılan bir Britaniya vətəndaşına dəstək təklif etdiklərini və yerli hakimiyyət orqanları ilə əlaqə saxladıqlarını bildirib:  “Qayıq Fransa balıqçılıq səlahiyyətliləri tərəfindən təhqiqat altında olsa da, hazırda əlavə şərh verə bilmərik”.

***

Fransa Sahil Mühafizəsinin məlumatına görə, dəniz patrul qayığı Pluvier mayın 23-də Fransanın ərazi sularında yoxlama apararkən lisenziyasız Britaniya balıqçı qayığını görüb. Daha sonra qayıq “təqibə başlamaq üçün” Bulonya yönəldilib.

Digər tərəfdən, bu vəziyyət İngiltərənin ana müxalifəti olan Mühafizəkarlar Partiyası tərəfindən reaksiya və tənqidlə qarşılanıb. Mühafizəkarlar Fransa hakimiyyətini “utanmaz ikili standartlarda” ittiham ediblər.

Kölgə daxili işlər naziri Kris Filp, Fransanın “dənizdə heç bir tədbir görməməkdə və tez-tez Böyük Britaniya sularına qeyri-qanuni miqrantları gətirməkdə” günahlandıraraq, kanalı keçən qaçqın qayıqlarının qarşısını ala bilmədiklərini söyləyib.

“Ancaq bir İngilis balıqçı qayığı Fransa sularında olarkən, birdən onlar sehrli şəkildə hərəkətə keçə bilərlər. Əgər fransızlar indi qayıqları dayandıra bilsələr, o zaman göyərtəsində qeyri-qanuni immiqrantların olduğu qayıqları dayandırmağa başlaya bilərlər”.

 





26.05.2025    çap et  çap et