Vaxt.Az

Dənizdən və ABŞ-dan mesaj


 

Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar

Dənizdən və ABŞ-dan mesaj Havada və quruda qeyd edilən “Qalatasaray”ın çempionluq sevinci dənizin altına da gedib çıxıb. Bir qrup dalğıc Muğlanın Fəthiyə rayonunda dənizin dibində 25-ci qələbəsinin sevincini yaşayıb.

Fəthiyə Dalğıc Mərkəzinin dalğıc təlimatçıları Öndər Diktaş, Alpərən Bəyaz, Barış Safran, Bərkay Çətin, Burkay Kayıran və İbrahim Tombak Dalyan körfəzində 5 metr dərinlikdə sarı və qırmızı bayraqlarla rəsmi parad keçiriblər. Dalğıclar üzərində 5 ulduz olan sarı-qırmızı azarkeş bayraqları daşıyan balıqlar arasında çempionat dövrəsi keçiriblər. Başqa bir dalğıc isə üzərində “Gerçəkləri tarix yazar, tarix isə “Qalatasaray”” sözləri yazılmış yaylığı açaraq çempionluq həyəcanını yaşayıb. Bundan əlavə, sarı-qırmızılı azarkeşlər dənizin altında “Bizmılə Qal” deyə Osimenə səsləniblər.

Dünyanın hər yerindən azarkeşlər Viktor Osimhenə “Qalatasaray”da qalmağa çağırış edirlər. Sarı-qırmızı geyimli bir fanat nigeriyalı ulduza Nyu-Yorkun Tayms Meydanındakı LED ekranda “Bizimlə qal!” mesajı göndərib.

 





26.05.2025    çap et  çap et