Vaxt.Az

“Əsl hədəfin kim olduğu aydındır”


 

Şimali Koreya ABŞ-ı hədələdi

“Əsl hədəfin kim olduğu aydındır” Şimali Koreya ilə ABŞ və onun regiondakı müttəfiqləri arasında hərbi gərginlik davam edərkən, Pxenyan hökuməti Vaşinqtona hədələyici bəyanat verib. Şimali Koreya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar öz materikinə qarşı təhdidləri bəhanə edərək silahlanmanı artırmağa davam edir.

“ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri dəfələrlə Şimali Koreyanın özünümüdafiə məqsədi ilə nüvə gücünü artırmaq səylərinə etiraz edib və Şimali Koreya ilə müharibə ehtimalını nəzərdə tutan təxribat xarakterli bəyanatlar açıqlayıblar”, – açıqlamada deyilir. Bildirilib ki, ABŞ-ın müdafiə xərclərini artırması hegemonizm yönümlü və macəraçı hərbi siyasətin göstəricisidir.

***

Açıqlamada ABŞ-ın nüvə hücumu imkanlarını inkişaf etdirdiyi qeyd edilib: “Bütün faktlar modernləşdirilmiş ABŞ nüvə qüvvələrinin əsas hədəfinin kim olduğunu ortaya qoyur”.

Qeyd edilib ki, Şimali Koreya ABŞ-ın nüvə silahı inkişafını yaxından izləyir: “Biz hər hansı bir təhlükəsizlik qeyri-sabitliyi ilə effektiv şəkildə mübarizə apara biləcək bir müharibə qarşısını almaq üçün davamlı olaraq çalışırıq”.

ABŞ-ın bu il “Minuteman 3” qitələrarası ballistik raketinin ikinci sınaq buraxılışını da reallaşdırdığını xatırladan açıqlamada, “Diqqətçəkən məqam, bunun 21-ci əsrin təhdidlərinin qarşısını almaq və müttəfiqlərini qorumaq məqsədi daşıyan müntəzəm fəaliyyətlərin bir hissəsi kimi təsvir edilməsidir. Bu, günahkar tərəfin zirvəyə çıxmasına bənzər bir vəziyyətdir”, – dedi.

***

ABŞ-ın müdafiə siyasətinin qanqster taktikası olduğu vurğulanan bəyanatda deyilir: “Bu, həm də ABŞ-ın nümayişkaranə hərbi hərəkətlərinin “müdafiə” və “çəkindirmə” məqsədi daşıdığı, Şimali Koreyanın qanuni müdafiə qabiliyyətini gücləndirməsi isə qanuni müdafiə məqsədi daşıdığına dair irrasional düşüncə tərzinin bariz əksidir”.

ABŞ-ın düşmən ölkələrdən gələn təhdidlərlə mübarizə bəhanəsi ilə hərbi imkanlarını artırmasının qlobal təhlükəsizlik mühitini daha da qeyri-sabit hala gətirdiyi iddia edilən bəyanatda, “ABŞ-ın öz materikinin təhlükəsizliyinə zəmanət verməsinin ən etibarlı yolu hərbi qüdrətini ehtiyatsızcasına artırmaq deyil, digər ölkələrə qarşı hərbi təhdidlərindən və təcavüzkar təşəbbüslərindən tamamilə əl çəkməsidir.

 





26.05.2025    çap et  çap et