Vaxt.Az

“Tamamilə dəli olub”


 

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

“Tamamilə dəli olub” Həftə sonu Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi aparılsa da, Rusiyanın Ukraynaya raket və pilotsuz təyyarə hücumları atəşkəsə olan ümidləri azaldıb.

Tramp hücumlardan sonra açıqlama verərək, Rusiyaya qarşı yeni sanksiyaları “mütləq” nəzərdən keçirdiyini bildirib.

Tramp Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu ifadə edərək, "Putinin etdiyi işdən razı deyiləm. O, çoxlu insan öldürür, heç də yaxşı deyil”, – deyib. “Truth Social” platformasında paylaşım edən Tramp Putinin “tamamilə dəli olduğunu”, – yazıb.

Rusiya da hücumlarda Kiyevi hədəfə alıb, Ukrayna isə 12 nəfərin öldüyünü açıqlayıb.

 





26.05.2025    çap et  çap et