Buna baxmayaraq, Paşinyanın istəyinin reallaşması, yəni Azərbaycanla sülh sazişinin “Avropa Siyasi Birliyi”nin İrəvandakı toplantısına qədər imzalanması üçün Ermənistan Konstitusiyası bu il ərzində dəyişdirilməlidir. Paşinyan mayın 26-da “İrəvan dialoqu – 2025” ikinci beynəlxalq forumu zamanı buna eyham vurub: “Əgər Konstitusiya Məhkəməsi sülh sazişini təsdiq etməsə, Konstitusiya dəyişikliyi ilə bağlı təşəbbüslə özüm çıxış edəcəm. Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”. Paşinyanın cümləsinin birinci hissəsində konkret olaraq Konstitusiyanın sülh sazişinə qədər dəyişəcəyi söylənmir. Ancaq cümlənin ikinci hissəsində sülh sazişinin qısa müddətdə imzalamaq üçün əsas maneənin ortadan qaldırılmasına işarə var. Paşinyan sülh sazişi imzalanan gün Minsk Qrupunun buraxılması məqsədilə Azərbaycanla birgə ATƏT-ə müraciət edəcəyini də söyləyib. Paşinyanın bu açıqlamalarının arxasında onun mayın 16-da “Avropa Siyasi Birliyi”nin Tiranadakı toplantısında İlham Əliyevlə müzakirəsinin də təsiri olub.
İndi qalır, bu deyilənləri reallaşdırmaq. Paşinyan sülh sazişini “Avropa Siyasi Birliyi”nin İrəvandakı toplantısına qədər imzalamaq istəyirsə, sürətini artırmalı, il ərzində Konstitusiyaya ya referendum yolu ilə, ya da parlamentdə əncam çəkməlidir.