Virtualaz.org bildirir ki, bu barədə «Trend»ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu ilin sonuna qədər nazirlik bu layihənin reallaşdırılmasına başlamaq niyyətindədir: «Bu ilin sonuna kimi biz Sovet İttifaqı dövründə tikintisinə başlanılmış, lakin təxirə salınmış Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindəyik. Bu layihə çərçivəsində nüvə reaktorlarının tikintisi nəzərdə tutulub. Yəqin ki, yaxın 3-4 il ərzində bu proses başa çatar».
Qeyd edək ki, Fransanın «VINCI Construction Grands Projets» şirkətinin istismar üzrə direktoru Patrick Kadri Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsində maraq göstərib. Şirkət nüvə sahəsində reallaşdırılan layihələr çərçivəsində 47 tikinti reallaşdırıb və bu sahədə beş ən iri şirkətdən biridir.