Vaxt.Az

Uşaqlıq vərdişi


 

Kraliça Elizabet hər gün eyni sendviç yeyirdi

Uşaqlıq vərdişi Mərhum Kraliça II Elizabet dünyanın harasında olur-olsun, gündəlik vərdişlərindən əl çəkməməsi ilə tanınırdı. Bunlardan birincisi, uşaqlığından bəri heç vaxt imtina etmədiyi sendviçlə hər gün qəlyanaltıda edirdi...

Britaniya kral ailəsində 15 il işləmiş keçmiş saray aşpazı Darren Makqredi Kraliça II Elizabetin sevimli vərdişini açıqlayıb: "Kraliça bu sendviçləri uşaq ikən bağçada yeməyə başlayıb. O gündən etibarən demək olar ki, hər gün günorta çay içərkən yeyirdi".

Elizabetin uşaqlığından bəri dəyişməz qalan sendviçində yalnız yağ və çiyələk mürəbbəsi daxil idi. Bildirilir ki, bu mürəbbələr çox vaxt yay aylarında Balmoral Sarayının bağlarında yetişdirilən Şotlandiya çiyələkləri ilə hazırlanır.

***

Digər keçmiş kral aşpazı Ouen Hodqson, Kraliçanın tuna balığı və mayonezlə hazırlanmış sendviçləri də sevdiyini söylədi. Bu sendviçlərdə adətən bol kərə yağı, incə dilimlənmiş xiyar və bir az qara bibər olurdu.

***

Kraliça günorta çayları təkcə sendviçlərlə məhdudlaşmırdı. Kraliça ənənəvi korniş üsulu ilə əvvəlcə mürəbbə, sonra isə qaymaq yaymağa üstünlük verirdir.

Aşpaz MakGredi də bir xatirəni bölüşür: "Bir dəfə Avstraliyada Kral yaxtasında idik. Yerli vaxtla səhər saat 5 idi, lakin Kraliça üçün günortadan sonra çay vaxtı idi. İlk etdiyimiz iş çörək bişirmək oldu”.

***

Kraliçanın çay saatına aşağıdakı desertlər də daxil idi: çiyələk mürəbbəsi, bal və qaymaqlı süngər tortu, meyvə tortu, banan tortu, şokoladlı-biskvitli tort.

***

Bukingem sarayında işə başladığı ilk illəri danışan MakGredi, "Günorta çayının Kraliça üçün nə qədər əhəmiyyətli olduğunu görmək heyranedici idi”, – deyərək, bu zərif ənənənin sadəcə yemək və içki vərdişi deyil, bir nizam-intizam və zövq ritualı olduğunu vurğulayıb.

 





26.05.2025    çap et  çap et