***
Daimi ictimai nəqliyyat istifadəçiləri yüksək səslə musiqi və ya video dinləməklə digər sərnişinlərə məruz qoyduğu vəziyyət siyasətçiləri hərəkətə gətirdi.
***
Ölkədəki “Liberal demokratlar” qanunvericiliklə bu vəziyyəti dəyişməyə çalışdıqlarını açıqlayıblar. Siyasi partiya qulaqcıqsız musiqi dinləyənlərə 1000 funt sterlinq məbləğində cərimə tətbiq edilməsini istəyib. Buna görə də o, “Avtobus xidmətləri haqqında” qanun layihəsinə dəyişiklik etmək istəyir.
Bu barədə “The Independent”ə danışan Daxili İşlər Nazirliyinin sözçüsü Liza Smart bildirib: “Həddindən artıq çox insan antisosial davranışların artması səbəbindən stress yaşayır. Bu davranışı sərgiləyənlər avtobuslarda və qatarlarda qulaqcıqla yüksək səslə musiqi dinləyənlərdir”.