İran dövlət televiziyasına danışan Heydəri “indiyədək 103 kilometr divar çəkmişik və 140 kilometr divar üçün infrastrukturu hazırlamışıq. İlin sonuna qədər sərhədlərin bağlanması işlərini 400 kilometrə çatdıracağıq”, – deyib.
İran rəsmisi qeyd edib ki, divar smart sensorlar və yüksək texnologiyalı monitorinq sistemləri ilə təchiz olunacaq.
Tehran administrasiyası Əfqanıstan və Pakistan sərhədində inşa etdiyi 4 metr hündürlüyündə beton divarla qeyri-qanuni immiqrasiya və rejim əleyhinə olanların ölkəyə sızmasının qarşısını almağı hədəfləyir.