Vaxt.Az

Arvadı Makronu sillələdi VİDEO


 

Təyyarədə həyat yoldaşı mübahisə Fransa prezidentinə baha başa gəldi

Arvadı Makronu sillələdi <b style="color:red">VİDEO</b> Fransa prezidenti Emmanuel Makron Cənub-Şərqi Asiya turuna Vyetnamdan başlayıb. Təyyarədən enərkən paylaşılan görüntülərə görə, Makron Vyetnama çatan kimi həyat yoldaşı Bricit Makronla mübahisə edib.

Görüntülərdə Bricit Makronun Fransa liderinin üzünə sillə vurduğu görünüb.

“The Associated Press” xəbər agentliyinin dünən axşam Hanoyda çəkdiyi görüntülərdə Makron təyyarənin qapısı açılan kimi peyda olub. Bir neçə saniyə sonra arvadının qolları kadra daxil olub və Makronu itələmədən əvvəl onun üzünə vurduğu görünüb.

Baş verənlərdən çaşqın görünən Makron tez özünü ələ alıb və açılan qapıya tərəf yeriyib. Həyat yoldaşı Bricit təyyarənin arxasında olduğu üçün onun üzü görünməyib.

Cütlük Vyetnam rəsmiləri tərəfindən rəsmi qarşılanmaq üçün pilləkənlərlə enərkən Bricit Makron ərinin uzadılmış əlini tutmayıb.

Video internetdə yayıldıqdan sonra Makronun ofisi əvvəlcə görüntülərin həqiqiliyini təkzib etsə də, sonradan bunun real olduğunu təsdiqləyib.

***

Makronun yaxın dostu daha sonra hadisəni ər-arvad arasında zərərsiz “mübahisə” kimi qiymətləndirib. Prezidentin çevrəsindən başqa bir şəxs hadisəni önəmsiz adlandırıb.

“Bu, prezident və həyat yoldaşının səfərə çıxmazdan əvvəl son dəfə zarafatlaşdıqları an idi”, –mənbə jurnalistlərə deyib.

“İndi birlik anıdır. Sui-qəsd nəzəriyyəçilərinin dəyirmanına su tökməmək üçün indi buna daha çox ehtiyac var”, – deyən mənbə hadisə ilə bağlı mənfi şərhlərdə Rusiyayönlü hesabları günahlandırıb.

Vyetnam Makronun Cənub-Şərqi Asiyaya bir həftəlik turunun ilk dayanacağıdır və bu səfər zamanı o, Fransanı ABŞ və Çinə etibarlı alternativ kimi təqdim edəcək.

 





26.05.2025    çap et  çap et