Məşhur meneceri Lina N. “LinkedIn”də paylaşım yazaraq, istifadəçilərin ChatGPT-yə təşəkkür etmək üçün yazdıqları əlavə mesajlarının sistemdə əlavə enerji itkisinə səbəb olduğunu deyib.
“ChatGPT-yə təşəkkür etməyi dayandırın. Hörmətli ChatGPT, resurslarınıza qənaət etmək və enerji sərf etməmək üçün hər missiyadan sonra sizə təşəkkür etməyin”.
“Forbes”ə görə, “ChatGPT” bir saatda yarım milyon kilovatdan çox elektrik enerjisi sərf edir. Süni intellekt bir gündə təxminən 200 milyon sorğuya cavab verir. Bu, ABŞ-da təxminən 180.000 ev təsərrüfatının gündəlik elektrik sərfinə bərabərdir.
***
“The Washington Post” və Kaliforniya Universiteti tərəfindən dərc edilən araşdırmaya görə, “ChatGPT-4” ilə sadəcə 100 sözdən ibarət e-poçt yaratmaq üçün su şüşəsindən daha çox su istifadə edir. Bildirilir ki, hər bir söhbət üçün sistemin soyudulması üçün plastik su qabına bərabər su miqdarı tələb olunur.
Bu, süni intellekt tətbiqlərinin qlobal enerji istehlakını və su ehtiyatlarını ciddi şəkildə gərginləşdirə biləcəyi ilə bağlı narahatlıqları artırır. Hesablamalara görə, 2027-ci ilə qədər süni intellektin illik elektrik istehlakı 85-132 teravatt-saat diapazonuna çata bilər.