1. Azərbaycan Respublikasına qarşı separatçılıqda və terror fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinən şəxslərin keçirilən əməliyyatlarla həbsi rəsmi Bakının təhdidlərdən müdafiə qabiliyyətindəki performansını ortaya qoyur. Bu kritik proses:
– Kəşfiyyat məlumatları əsasında qərarlar qəbul etməyə, onların təhlilinə əsaslanır. Kəşfiyyat əməliyyatları ölkəni daxili və beynəlxalq təhdidlərdən qorumaq üçün lazım olan məlumatları təmin edən strateji müdafiənin mühüm tərkib hissəsidir;
– Təhlükəsizlik və kəşfiyyat şəraitini düzgün qiymətləndirməyə əsaslanır;
– Uyğun olaraq tərəfdaş dövlətlərlə informasiya mübadilələrinə, əməkdaşlıq modelinin genişlənməsinə dəlalət edir;
– Azərbaycanın xüsusi xidmət orqanlarının düzgün planlaşdırma, strategiya və əməliyyat planlamasının effektiv şəkildə həyata keçirilməsi ilə nəticələnir.
2. Azərbaycan xüsusi xidmət orqanlarının gələcək əməliyyatlar üçün sensassion eksklüziv imkanlara çıxışı güclənir. Qısası:
– Günlərin birində ən toxunulmaz hesab edilən şəxslərin belə mühakiməsi baş tutsa, buna təəccüblənmək lazım olmayacaq;
– Bu aktlar, xüsusilə Ermənistan ictimaiyyətində Azərbaycana qarşı revanş götürmək istəyən qüvvələri simalaşdıran siyasətçilər arasında qorxunu, həyəcanı dərinləşdirir.