Vaxt.Az

Hər gün 105 uşaq itkin düşür


 

Özünü Avropanın ən mədəni ölkəsi sayan Fransada qorxulu statistika

Hər gün 105 uşaq itkin düşür Fransada uşaq təhlükəsizliyi ilə bağlı həyəcanlı məlumatlar yayılıb. “116 000 Enfants Disparus” (İtkin Uşaq Təcili Yardım Xətti) tərəfindən hazırlanan illik hesabata əsasən, 2024-cü ildə cəmi 38 477 uşaq itkin düşüb. Bu, hər gün orta hesabla 105 uşaq itkin düşməsi deməkdir.

Əvvəlki illə müqayisədə 6,1 faiz azalma olsa da, rəqəmlərin böyüklüyü hələ də ciddi sosial problemdən xəbər verir.

***

İş materiallarının 95 faizini təşkil edən evdən qaçma hadisələri, əsasən müvəqqəti olsa belə, riskli nəticələrə səbəb ola bilər. 2024-cü ildə bildirilən 36,439 qaçış hadisəsinin 38,2 faizi 15 yaşdan kiçik uşaqlardır.

Fransada məişət zorakılığına görə qaçan uşaqların sayı artır

Qaçışların arxasında nə var?

Qaçışların 27 faiz ailə münaqişələri, 26 faiz üçüncü tərəfin təsiri (manipulyasiya, məcburiyyət), 12 faiz cinayət və pis dost çevrəsi ilə əlaqəlidir.

Xüsusilə, qızlarla bağlı işlərin 32 faizinin cinsi istismarla əlaqəli olması şübhələri var. Bu, hakimiyyətin diqqətini çəkən ən ciddi problemlərdən biri kimi önə çıxır.

***

Fransada 2024-cü ildə “disparition inquiétante” (şübhəli itmə ilə bağlı) kateqoriyasına daxil olan 1373 hal qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 9,1 faiz artım deməkdir.

Bu halların demək olar ki, yarısında (48,5 faiz) 15 yaşa qədər uşaqlar iştirak edir.

***

2024-cü ildə bildirilən 665 valideyn tərəfindən oğurlanma hadisəsinin 49 faizi 5 yaşından kiçik uşaqlarla bağlı olub. Bu hadisələrdən 227-si Fransadan kənarda qaçaqmalçılıqla bağlı olub. Bu siyahıda 50-dən çox ölkə var.

***

Bütün Avropada etibarlı olan və Fransada aktiv şəkildə istifadə edilən “116.000 Təcili Xətt” 2024-cü ildə 41 564 çağırış qəbul edib. Bu, əvvəlki ilə nisbətən 18,1 faiz artım deməkdir.

İl ərzində 1351 iş materialı açılıb və ilin sonuna 440 iş üzrə istintaq hələ də davam edir.

 





26.05.2025    çap et  çap et