Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makronun Vyetnama rəsmi səfərinin əvvəlində ona sillə atması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Sosial mediada yayılan görüntülərlə bağlı danışan Makron iddiaların əsassız olduğunu bildirib və “Zarafat edirdik, sakitləşin”, – deyib.
***
Sözügedən görüntülər mayın 26-da Hanoy hava limanında çəkilib. “The Associated Press” tərəfindən yayımlanan videoda Bricit Makron Makron təyyarədən enərkən əllərini üzünə uzatdığı görünür. Bu addım çoxları tərəfindən sillə kimi şərh edilib. Lakin Makron və onun ətrafı bunun “cütlər arasında zarafat” olduğunu bildirib.
Sosial şəbəkələrdə oxşar şəkildə yayılan, əvvəllər yanlış şərh edilən görüntülərə də toxunan prezident, “Biri çıxıb deyir ki, mən narkotik aparıram; sonra başqası deyir ki, Türkiyə lideri ilə döyüşürəm; indi deyirlər ki, həyat yoldaşımla savaşıram. Bunların heç biri doğru deyil”.
Videoda Makron şillə iddialarından sonra həyat yoldaşı ilə birlikdə təyyarənin pilləkənlərini sakitcə enərkən, Bricit Makronun isə ərinin uzadılmış əlini tutmaq əvəzinə məhəccərə tərəf döndüyü görünür. Bu detal da spekulyasiyalara səbəb olub.
“Prezident və birinci xanım sadəcə zarafat edirdilər. Bu səfərdən əvvəl qısa və adi bir an idi”, - Yelisey Sarayının bəyanatında deyilir.