Vaxt.Az

Qərb məsafə qadağasını qaldırdı


 

Ukraynaya 500 kilometrlik raketlərin verilməsinə yaşıl işıq

Qərb məsafə qadağasını qaldırdı Qərb Ukraynaya verilən raketlərin atəş mənzili ilə bağlı məhdudiyyətləri aradan qaldırıb.

Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniya, Fransa, Britaniya və ABŞ Ukrayna tərəfindən Rusiya ərazisinə zərbə endirilməsi ilə bağlı məsafə məhdudiyyətini ləğv edib: “Hücum edən tərəfə yalnız öz ərazisində cavab verən ölkə özünü lazımınca müdafiə edə bilməz”. 

Bu açıqlama Almaniya tərəfindən 500 kilometr uçuş məsafəsi olan “Taurus” raketlərinin, eləcə də 500-dən kilometrdən daha uzaq hədəfləri vuran Fransa və Britaniya tərəfindən modifikasiya olunmuş “Storm Shadow” raketlərinin Ukraynaya verilə biləcəyi barədə qənaət yaradıb.

Qərbin mövqeyini sərtləşdirməsinin səbəbi Rusiyanın bütün sülh təşəbbüslərini rədd edərək son günlər sözün əsl mənasında daha da azğınlaşmasıdır. Putin Ukraynanın 3 həmsərhəd vilayətində (Xarkov, Sumı, Çerniqov) “bufer zonası” yaradacaqları barədə açıqlama verib. Lavrov isə özünəməxsus həyasızlıqla bildirib ki, hətta müharibə nə vaxtsa dayansa belə, Kiyev ölkənin qalan hissəsini indiki Ukrayna qanunları ilə idarə edə biləcəyinə ümid etməməlidir. Bu sözlərin mənası budur ki, Rusiyanın məqsədi ümumiyyətlə, Ukrayna milli dövlətçiliyinə son qoymaqdır. (Həqiqət də elə bundan ibarətdir, dəfələrlə bu haqda yazmışıq).

Müharibə yeni mərhələyə keçir.

 





26.05.2025    çap et  çap et