Paytaxt Riqada 1949-cu ildə qurulan zavod kiçik tutumlu avtobus və mikroavtobuslar istehsal etmək üçün nəzərdə tutulmuşdu.
Özünü lovğalanaraq qüdrətli ölkə adlandıran Sovet İttifaqı mövcud olduğu müddət ərzində bir dənə də olsun düzəməlli avtomobil istehsal edə bilmədi. Ancaq Riqa zavodundan buraxılan mikroavtobuslarını yəqin ki, istisna saymaq olar. Bu maşınların xüsusilə RAF-2203 “Latvija” modeli Sovetlərin ən populyar modeli idi. Ölkənin yarısından çoxunun həyatı bu mikroavtobuslarda keçib desəm yanılmaram.
Təsəvvür edin ki, guya kommunizm quracaq bu imperiya RAF-lara möhtac qalmışdı. Bu mikroavtobuslardan geniş şəkildə istifadə olunurdu – təcili yardım, marşrut taksiləri, poçt xidməti və s.
1980-lərdə Sovetin əmin addımlarla süquta doğru yol alması ilə RAF zavodu da texnoloji geridəqalmışlıq, keyfiyyət problemləri ucbatından çətinliklər yaşamağa başladı. Sovet İttifaqının dağılmasından sonra vəziyyət daha da pisləşdi. Və RAF zavodu 1998-ci ildə fəaliyyətini tamamilə dayandırdı…
Zavodun yenidən işə başlaması istər-istəməz məni o uzaqlarda qalan uzaq və gözəl Bakının küçələrinə, yaşadığım həyəcanlara apardı, o mikroavtobusla bağlı xatirələrim təzələndi… doğrusu, hətta bir az da duyğulandım…