Vaxt.Az

Trampın İrana mesajı


 

Danışıqlar necə gedir?

Trampın İrana mesajı Tramp “Morristown” hava limanında “Air Force One” təyyarəsinə minməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

İki ölkə arasındakı danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edildiyini vurğulayan Tramp, “Nə olacağını görəcəyik, amma İran cəbhəsindən yaxşı xəbərlər ala biləcəyimizi düşünürəm”, – dedi.

Tramp bir müxbirin nüvə danışıqları çərçivəsində İranla yeni təmasların olub-olmayacağı ilə bağlı sualına, “Çox yaxında. Sabah nə olacağını sizə deyə bilmərəm. İran danışıqlarının çox yaxşı getdiyini deyə bilərəm. Bunun baş verməsini çox istərdim. Çünki çox istərdim ki, heç bir bomba atılmasın və heç bir insan həyatını itirməsin. Bunu həqiqətən çox istərdim”.

Qəzzadakı vəziyyətə toxunan Tramp ABŞ-ın həm İsrail, həm də “HƏMAS” rəsmiləri ilə birbaşa təmasda olduğunu bildirib: “Biz bunu mümkün qədər tez dayandıra biləcəyimizi görmək istəyirik”.

İran və ABŞ arasında aparılan nüvə danışıqlarında Tehranın uranın zənginləşdirilməsi məsələsi iki ölkə arasında əsas fikir ayrılığı nöqtəsi olaraq qalır.

İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların götürülməsini istəyir ki, bu da onun atom bombası istehsalının qarşısını alsın.

Əvvəllər Tehranın aşağı səviyyədə uranın zənginləşdirilməsini qəbul edəcəklərini bildirən ABŞ rəsmiləri bu yaxınlarda İrandan bütün uranın zənginləşdirilməsi proseslərinin dayandırılmasını tələb etdiklərini bəyan ediblər.

İranın xarici işlər naziri Araqçı ABŞ-ın Tehrandan uranın zənginləşdirilməsi fəaliyyətlərini tamamilə dayandırmasını tələb etməsindən sonra danışıqların beşinci raundunda iştirak edib-etməmək barədə hələ qərar vermədiklərini bildirib.

 





26.05.2025    çap et  çap et