Vaxt.Az

Putinin helikopterinə PUA hücumu


 

Ukrayna Rusiya prezidentinin Kurska səfəri barədə kəşfiyyat məlumatları olub?

Putinin helikopterinə PUA hücumu “Rusiya prezidenti Vladimir Putinin helikopteri Kursk bölgəsinə səfəri zamanı Ukrayna pilotsuz təyyarəsinin hücumuna məruz qalıb”, – Moskva rəsmisi bildirib.

Rusiya Hava Hücumundan Müdafiə Diviziyasının komandiri, general-mayor Yuri Daşkin “Rossiya-24” televiziya kanalına bildirib ki, Rusiya prezidentinin helikopteri Ukrayna pilotsuz təyyarəsinin görünməmiş hücumundan sonra havadan müdafiə döyüşünə cəlb olunub.

Daşkının sözlərinə görə, insident ötən həftə Rusiya prezidentinin Moskvanın 9 aylıq döyüşlərdən sonra Ukrayna qoşunlarından geri aldığı Kursk sərhəd bölgəsinə səfəri zamanı baş verib.

Daşkin bildirib ki, Rusiya qüvvələri prezident helikopterinin təhlükəsiz uçuşunu təmin etmək üçün hava hücumundan müdafiə döyüşü aparıb.

Rusiya qüvvələrinin əməliyyat zamanı çoxlu sayda Ukrayna PUA-nı məhv etdiyini qeyd edən Daşkın, "Missiya tamamlandı. Düşmənin PUA-ları dəf edildi və bütün hava hədəfləri vuruldu”, – deyib.

Ukrayna bu iddialara cavab verməyib. İddialar doğrudursa, pilotsuz təyyarənin vurulma vaxtı Ukrayna qüvvələrinin Putinin bölgəyə səfəri ilə bağlı əvvəlcədən kəşfiyyat məlumatlarına malik olduğunu göstərə bilər.

Putin bölgəni tərk edənə qədər Kreml səfəri ictimaiyyətə açıqlamayıb.

Putinin Sovet dövründən qalma “Mi-8”in təkmilləşdirilmiş versiyası olan “Mi-17” helikopterində səyahət etdiyi güman edilir.

Ukrayna qüvvələri 2024-cü ilin avqustunda Kursk üzərində böyük quru hücumuna başladı. Onlar Rusiyanın əks-hücumları onları aylar sonra geri çəkilməyə məcbur etməzdən əvvəl ərazini ələ keçirdilər.

 





26.05.2025    çap et  çap et