Vaxt.Az

“Biz yalvaran deyilik”


 

Merz: “ABŞ texnologiya şirkətlərinə qarşı tariflərlə cavab verə bilərik”

“Biz yalvaran deyilik” Almaniya kansleri Fridrix Merz Avropa Birliyinin (AB) Donald Tramp administrasiyası ilə ticarət mübahisəsinin şiddətlənəcəyi təqdirdə ABŞ-ın texnologiya şirkətlərinə cavab verə biləcəyini bildirərək, avropalıları ABŞ ilə gömrük tarifi mübahisəsi qarşısında birliyə və özlərinə inam nümayiş etdirməyə çağırıb.

Merz ABŞ prezidenti Donald Trampın tarif təhdidlərinə toxunaraq, Qərbi Almaniya Yayım Korporasiyasının (WDR) təşkil etdiyi Avropa Forumu tədbirində “Biz yalvaran deyilik. Özümüzü olduğumuzdan kiçik göstərməyək”, – deyib.

500 milyon istehlakçısı ilə Avropanın bir çox Amerika şirkəti üçün ABŞ-dan sonra ikinci ən böyük bazar olduğunu qeyd edən Merz, AB-nin öz maraqlarını qorumalı olduğunu qeyd edib.

“Hazırda biz Amerika texnologiya şirkətlərinə əhəmiyyətli vergi qənaəti təmin edirik. Bu, belə qalmaq məcburiyyətində deyil, onu dəyişdirmək olar”, – Merz bildirib.

ABŞ ilə tarif mübahisəsində Avropa Komissiyasının sədri Ursula von der Leyenin yanaşmasını tam dəstəklədiyini ifadə edən Merz, Almaniyanın yan razılaşmalara girməyəcəyi, lakin AB-nin ticarət məsələlərini həll etməsinə icazə verəcəyi ilə bağlı mövqeyini təkrarlayıb.

“Biz ehtiyatsız və tələsik reaksiya verməməliyik. Fikrimizcə, tariflər bizə zərər verəcək. Amma biz bu alətdən (ABŞ texnologiya şirkətlərinə qarşı qisas) yalnız əlimizdən başqa heç nə gəlməyəcəyi təqdirdə istifadə etməliyik”, – Merz deyib.

Merz Trampın açıqlamalarını “uzun saxlama müddətinin olmayacağını bildiyi halda” çox ciddi qəbul etdiyini və əlavə gömrük rüsumlarının heç kimin xeyrinə olmadığını əlavə edib.

 





26.05.2025    çap et  çap et