Vaxt.Az

Kütlə seçimi ...


 

... Yaxud demokratiya ilə oliqarxiya yaranmasında incə fərq

Kütlə seçimi ... Müasir dünya, insan cəmiyyəti qədim yunan filosoflarına borcludur. Ən azından elmi inkişafın bu günə gəlib çatmasına sərf edilən zamanı tezləşdiriblər. Hətta bütün orta əsr şərq alimləri də qədim Yunan filosoflarına, Sokrat, Platon, Aristotel, Epikurə istinad edirlər. Qədim Yunanıstan filosoflarını müasir dünyanın ibtidai sinif müəllimləri adlandırmaq olar.

Təxminən 2500 il əvvəl Platon demokratiya, onun tələbləri və şərtllərini açıqlayıb. Bunlarsız isə demokratiyanın ziyanlarını zərgər dəqiqliyi ilə izah edib. Platon deyir:

“Demokratiyanın əsas prinsipi xalqın hakimiyyətidir. Amma xalqın özünü idarə edəcək şəxsləri düzgün seçə bilməsi üçün yetkin və yaxşı təhsil almış olması vacibdir.

Əgər bu təmin olunmazsa, demokratiya avtokratik idarəyə çevrilə bilər.

Xalq təriflənməyi sevir. Buna görə də, gözəl sözlü demoqoqlar – pis də olsalar – hakimiyyətə gələ bilərlər. Sanki səs yığmağı bacaran hər kəs dövləti idarə edə bilərmiş kimi düşünülür.

Demokratiya bir təhsil məsələsidir. Təhsilsiz kütlələrlə demokratiyaya keçilərsə, bu, oliqarxiyaya çevrilər. Belə davam edərsə, demoqoqlar meydana çıxar.

Demoqoqlardan isə diktatorlar doğar”.

 





26.05.2025    çap et  çap et