Özündən çox-çox yaşlı arvadı Bricitin “dabanaltı”sına çevrilən qosqoca nüvə dövlətinin prezidentinin bu gün Vyetnama səfəri zamanı yaşadığı rüsvayçılıq Makrona baha başa gələcək.
Hərçənd ki, Makronun özü təyyarənin qapısı önündə arvadının onun çənəsinə vurması ilə bağlı yayılan videonun zarafat olduğunu bildirib və mediada “ailə səhnəsi” ilə bağlı yayılan xəbərləri təkzib edib, lakin Makronun nə deməsindən asılı olmayaraq, bu hadisə onsuz da onun bərbad olan imicini lap yerlə bir etdi.
Bu gün, “Biz zarafat edirdik və insanlar bunu planetar fəlakətə çevirdilər. Hər kəs sakitləşməlidir”, – deyən Makron videonun yanlış şərh edildiyini iddia etsə də, ancaq əsl həqiqətdə isə bütün dünya Fransa kimi dünyanın beş ən böyük superdövlətindən birinin necə xarizmasız, urvatsız və çarəsiz bir adam tərəfindən idarə edildiyini bir daha öz gözləriylə gördü.
P.S. Təsəvvür edirsinizmi, öz arvadının qapazaltısına çevrilmiş belə bir miskin şəxs qlobal geosiyasi məsələlərdə özünü az qala “ikinci Napoleon” kimi aparmağa çalışır, gah bu gah da digər ölkənin daxili işlərinə qarışır, o cümlədən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana hərbə-zorba gəlirdi. Lakin bu gün bu adam bütün fransızların üz qarasına çevrilməkdədir.