Vaxt.Az

AB ABŞ ilə ticarət razılaşmasına diqqət yetirir


 

Tərəflər konstruktiv ticarət razılaşması əldə etməyə fokuslandıqlarını bildirib

AB ABŞ ilə ticarət razılaşmasına diqqət yetirir Avropa Birliyinin (AB) ticarət üzrə komissarı Maros Şefçoviç ABŞ-ın ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qri ilə telefon danışığından sonra sosial media hesabında paylaşım edib.

Maros Şefçoviç ABŞ ilə konstruktiv ticarət razılaşması əldə etməyə fokuslandıqlarını bildirib.

ABŞ rəsmiləri ilə yaxşı danışıqlar apardığını qeyd edən Şefçoviç, “AB Komissiyası AB-ABŞ ticarət razılaşması istiqamətində konstruktiv və diqqətli səylərə tam sadiq qalır” dedi.

Şefçoviç qeyd edib ki, AB və ABŞ rəsmiləri daimi ünsiyyətdə olmaqda davam edirlər.

ABŞ prezidenti Donald Tramp mayın 23-də “Truth” sosial media hesabında etdiyi paylaşımda AB ilə ticarət danışıqlarının heç bir nəticə vermədiyini və iyunun 1-dən etibarən Aİ-yə birbaşa 50 faizlik gömrük rüsumunun tətbiqini təklif etdiyini açıqlayıb.

Bu açıqlamalardan sonra AB Komissiyasının sədri Ursula von der Leyen Trampla telefon danışığı aparıb. Telefon danışığından sonra ABŞ tərəfi AB-yə 1 iyun tarixindən etibarən birbaşa olaraq 50 faizlik gömrük rüsumunun tətbiqi qərarının 9 iyul 2025-ci il tarixinə təxirə salındığını açıqlayıb. AB tərəfi də ABŞ ilə ticarət sazişi danışıqlarının sürətləndiriləcəyini açıqlayıb.

 





27.05.2025    çap et  çap et