Vaxt.Az

Çempionluq izdihamında dəhşət


 

Bir nəfər avtomobillə azarkeş kütləsinin üzərinə şığıdı, çoxlu xəsarət alan var

Çempionluq izdihamında dəhşət İngiltərənin Liverpul şəhərində Premyer Liqa çempionluğunu qeyd edən azarkeşlərin paradı zamanı insident baş verib.

Minlərlə azarkeş “Liverpool” Futbol Klubunun Premyer Liqa çempionluğunu qeyd etmək üçün şəhərin küçələrini doldurdu. Azarkeşlərin toplaşdığı parad zamanı avtomobil piyadaların üzərinə sürüb. Həmin avtomobil polisin müdaxiləsi ilə dayandırılıb.

Mersisayd Polisindən verilən açıqlamada hadisə yerinə gələn polis qruplarının hadisəyə qarışan avtomobili saxladığı və bir nəfərin nəzarətə alındığı bildirilib.

"Fövqəladə hallar xidmətləri hadisə yerində işlərini davam etdirir. Yeni xəbərləri paylaşacağıq”, – məlumatda deyilir.

Polis hadisədə xəsarət alanların sayı ilə bağlı təfərrüatları hələlik açıqlamayıb.

 





27.05.2025    çap et  çap et