Avropa Komissiyasının sözçüsü Paula Pinho dünən Komissiya sədri Ursula von der Leyenin ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra jurnalistlərə bildirib ki, "Danışıqlar üçün yeni sürət əldə edilib".
Pinho qeyd edib ki, iki lider ticarət danışıqlarını sürətləndirmək və yaxın təmasda olmaq barədə razılığa gəliblər. İki tərəf arasında indiyədək keçirilən görüşlərdə çoxlu məsələlər qaldırılsa da, heç bir həll yolu tapılmayıb.
Avropalılar ABŞ-ın nə istədiyinin və hətta ABŞ prezidentini kimin təmsil etdiyinin aydın olmadığını söylədi, ABŞ isə iddia edir ki, onların şirkətləri məhkəmələr və qaydalar vasitəsilə ədalətsiz şəkildə hədəfə alınır.
Tramp daha çox danışıqlara imkan vermək üçün AB-yə 50 faizlik tariflərin tətbiqinin başlama tarixini bir aydan çox müddətə, 9 iyula təxirə salmışdı.