Vaxt.Az

OPEC+ tələsir


 

Toplantı tarixi irəli çəkildi

OPEC+ tələsir OPEC+ nümayəndələri iyunun 1-nə təyin olunan neft hasilatının səviyyəsini müəyyən etmək üçün üzvlərin videokonfransı bir gün irəli (mayın 31-ə) çəkidilərini açıqladılar.

Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi səkkiz dövlətin alt qrupu keçən həftə ardıcıl üçüncü ayda gündəlik 411,000 barrel rekord həcmdə hasilatı müzakirə etmək üçün ilkin danışıqlar aparıb və qərarın konfrans zamanı yekunlaşdırılması planlaşdırılır. Nümayəndələrdən biri dedi ki, tarixdəki dəyişiklik sadəcə olaraq planlaşdırma problemi ilə bağlıdır.

OPEC və onun müttəfiqləri aprelin əvvəlində neft tədarükünü planlaşdırılandan üç dəfə çox artıracaqlarını açıqlamışdı. Açıqlamadan sonra xam neftin qiymətini bir barel üçün 60 dollardan aşağı düşmüşdü. “Brent” markalı neftin qiyməti sonradan bərpa olunaraq 65 dollar ətrafında qərarlaşıb.

Tələbin zəiflədiyi və ticarət müharibələri ilə bağlı narahatlıqların artdığı bir vaxtda OPEC+-nın təklifi artırmaq qərarı xam neft bazarının oyunçularını təəccübləndirib və bazarları dəstəkləmək üçün ittifaqın illərlə məhdudlaşdırıcı təchizat siyasətindən aydın bir fasilə olub.

 





27.05.2025    çap et  çap et