“F2001, şassi nömrəsi 211” kimi tanınan “Ferrari” avtomobili 13,4 milyon funt-sterlinqə (təxminən 17 milyon dollar) satılıb. Bu, Şumaxerin idarə etdiyi “F1” avtomobili üçün indiyə qədər ödənilən ən yüksək məbləğ idi.
Şumaxerin əvvəlki ən bahalı avtomobili 2002-ci il mövsümündən 9,75 milyon funta satılan “F2003” idi.
Bu satış həm də bütün zamanların dördüncü ən bahalı “Formula 1” avtomobili olub. Ən yüksək satış fevral ayında ser “Stirlinq Moss” və Xuan Manuel Fangionun idarə etdiyi “Mercedes”in 42,75 milyon funt-sterlinq dəyərində olub.
***
Sözügedən avtomobil “Ferrari”yə tarixində 2001-ci ildə Monako Qran Prisində qələbə qazandıran ilk ardıcıl çempionluq dublunu gətirmişdi. Bu xüsusiyyəti ilə avtomobilin həm komandanın tarixində, həm də Şumaxerin karyerasında simvolik yer olub.
Bu avtomobil həm də “Ferrari”nin çempionluqla başa vurduğu bir mövsümdə Monakonu qazanan sonuncu “Formula 1” avtomobili titulunu daşıyır.
“RM Sotheby's” rəsmiləri satışdan sonra, “Mixael Şumaxerin Monako Qran Prisində qalib gəldiyini və eyni mövsümdə dünya çempionu olmasını görən yeganə “Ferrari” şassisi pilotun bütün avtomobillərinin tacıdır”, – açıqlamasını verdilər.
***
2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən baş verən qəza nəticəsində ağır beyin travması alan Şumaxer o vaxtdan bəri ailəsi tərəfindən ictimaiyyətdən uzaqlaşdırılıb. Ötən il onun 11 ildən sonra ilk dəfə qızının toyunda ictimaiyyət qarşısında göründüyü iddia edilmişdi.
Bu ilin əvvəlində Şumaxer həyat yoldaşı Korinnanın köməyi ilə imzaladığı dəbilqəni xeyriyyə hərracına çıxarmışdı. Bildirilib ki, o, dəbilqənin üzərinə ancaq “MS” hərflərini yaza bilib.