Dmitri Medvedev “Telegram” kanalında “Bandara rejiminə hərbi yardım davam edərsə, bufer zonası belə görünə bilər” ifadəsini işlətməklə, demək olar ki, bütün Ukraynanı əhatə edən xəritəni paylaşıb.
***
Rusiyayönlü mənbələrdən sitat gətirilən xəritədə Ukraynanı tərk edən Polşa sərhədi boyunca Ukrayna ərazisinin yalnız kiçik bir zolağı təsvir edilib. Medvedev iddia edib ki, Qərbdən gələn uzaqmənzilli silah təhdidlərinə qarşı çıxmaq üçün bu miqyasda tədbir lazım ola bilər. Lakin məlumdur ki, Rusiya prezidenti Putin hələlik bütün Ukraynanı işğal etmək planını açıq şəkildə dilə gətirməyib.
Medvedev NATO qaynaqlı uzaqmənzilli silahların Rusiya üçün birbaşa təhdid olduğunu iddia edərək, “Başqa sözlə, Rusiya orada olmalıdır; təhlükəsizlik üçün 550 kilometr üstəgəl əlavə 70-100 kilometr”, – deyib.
***
Moskvanın nöqteyi-nəzərindən bütün Ukraynanı işğal etmək kadr məsələsidir. Ekspertlər uzun müddətdir ki, bunun iqtisadiyyat, logistika və siyasi nəticələr baxımından böyük problemlər yaratdığını bəyan ediblər. Lakin Medvedevin bəyanatı Kremlin mövqeyini sərtləşdirməyə davam etdiyinə işarə kimi qiymətləndirilir.
Kreml dairələrində tez-tez “pis polis” rolunu öz üzərinə götürdüyü şərh edilən Medvedev nüvə təhdidləri də daxil olmaqla, ifrat bəyanatları ilə vaxtaşırı manşetlərə çıxır. Lakin ekspertlərin fikrincə, Medvedevin bütün bu açıqlamaları Kremlin məlumatı və razılığı ilə edilir...