Vaxt.Az

Kadırov ölür?


 

Çeçenistan rəhbəri iddialara cavab verdi

Kadırov ölür? Təqaüdə çıxmaq istədiyini açıqlayan Çeçenistan prezidenti Ramzan Kadirovun xəstə olduğu iddia edilib. Çeçenistan lideri “Telegram” kanalında səhhəti ilə bağlı şayiələrə cavab verib.

Çeçenistan rəhbəri bildirib ki, xəstəlik və ölüm hər bir insanın taleyidir. “Haqqımda söz-söhbətlər çoxalıb. Ölürəm, yeriyə bilmirəm. Birincisi, xəstəlik, ölüm hər kəsin sonu. İkincisi, bu, ölüm təhlükəsi deyil. Nə qədər yaşayacağam yalnız Allah bilir. Mənim üçün 50, 60, 70 il yaşamaq yazılıbsa, o müddəti heç kim bir gün də belə qısalda bilməz”, – o deyib.

Kadırov bundan əvvəl də oxşar şayiələri təkzib etmişdi. 2023-cü ildə o, Qroznıda gəzərkən çəkdiyi videonu paylaşıb və internetdə nəyin real, nəyin saxta olduğunu ayırd edə bilməyənlərə açıq havada gəzməyi tövsiyə edib.

Mayın əvvəlində Kadırov prezident Vladimir Putindən tutduğu vəzifədən istefa verməsini xahiş etdiyini və bunun təmin ediləcəyinə ümid etdiyini açıqlayıb.

Lakin o, Kremldəki görüşdən sonra Putindən müsbət cavab almadığını bəyan edib. Kadırov çıxışını “Hələ işləyirik. Ali Baş Komandanın əmri altındayıq”, – deyərək yekunlaşdırıb.

 





27.05.2025    çap et  çap et