Vaxt.Az

3 ölkədə koridor panikası


 

“Zəngəzur dəhlizi”nə qarşı birləşdilər; reallaşarsa, Azərbaycan və Türkiyənin önəmi qat-qat artar

3 ölkədə koridor panikası Türkiyənin Zəngəzur dəhlizi ilə türk dünyasına birbaşa bağlanacağı Hindistanı təşvişə salıb. Hindistan mediası Türkiyənin bölgədəki təsirinin bu dəhlizlə qat-qat artacağını və Yeni Dehli hökumətinin buna qəti şəkildə qarşı olduğunu vurğulanıb. Digər tərəfdən, sözügedən xəbərdə Hindistan, İran və Ermənistanın Çabahar Limanı və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) vasitəsilə Avropaya çatan yeni bir ticarət yolu yaratmaq üçün çalışdıqları və Zəngəzur dəhlizinin planları pozacağı diqqəti çəkib.

Hindistan İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda tarazlığın dəyişməsini orta və uzunmüddətli perspektivdə özünün geosiyasi və geoiqtisadi maraqlarına təhlükə kimi qiymətləndirib.

Buna uyğun olaraq Cənubi Asiya ölkəsi bir sıra siyasi, diplomatik və hərbi reflekslər inkişaf etdirib.

Nəhayət, Hindistan mətbuatı Zəngəzur dəhlizi ilə bölgəni qiymətləndirən təhlil dərc edib.

Hindistan və Ermənistanın 2020-ci ildən müdafiə tərəfdaşlığı qurduğu bildirilərkən, Azərbaycanın iki ölkə arasında silah təchizatından narahat olduğu vurğulanıb.

Bildirilib ki, Hindistan Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında yerüstü əlaqəni təmin edəcək Zəngəzur dəhlizinə qəti şəkildə qarşıdır.

***

Təhlildə Hindistan, İran və Ermənistanın Çabahar limanı və INSTC vasitəsilə Avropaya çatan yeni ticarət yolunun yaradılması üzərində çalışdığı və Zəngəzur dəhlizinin planları pozacağı bildirilib.

Hindistan mediası Zəngəzur dəhlizi ilə Türkiyənin bölgədəki təsirinin eksponent olaraq artacağından narahatlığını ifadə edib.

Bildirilib ki, Zəngəzur Türkiyəyə Azərbaycan, İran, daha sonra isə Xəzər dənizi və Orta Asiya ölkələrinə birbaşa quru çıxışını təmin edəcək.

Qeyd olunub ki, Türkiyə və Azərbaycan Cənubi Asiyada öz təsirlərini iddialı şəkildə genişləndirir.

 





27.05.2025    çap et  çap et