Avstriya hökuməti qohum evliliklərini və yetkinlik yaşına çatmayanların nikahlarını qadağan edən uzun müddətdir mövcud olan təcrübəyə qarşı açıq-aşkar addım atıb. Ölkədə 16-18 yaş arası gənclərin məhkəmə qərarı ilə nikaha girməsinə icazə verən mövcud hüquqi tənzimləmə ləğv edilir. Qanuni boşluqları aradan qaldırmağı hədəfləyən hökumət yetkinlik yaşına çatmayanların nikahlarını və qohumlar arasında nikahları qadağan etməyi planlaşdırır.
Krone qəzetinin əldə etdiyi məlumata görə, qanun layihəsi sabah Nazirlər Şurasında (Nazirlik) təsdiqlənəcək və səsverməyə göndəriləcək.
***
İnteqrasiya naziri Klaudiya Plakolm qanun dəyişiklikləri ilə bağlı açıqlamasında, “Kim burada qalmaq istəyirsə, bu cəmiyyətin bir parçası olmalıdır - xüsusən də evlilik kimi məsələlərə gəldikdə. Avstriyada evlilik ailənin təzyiqi və ya ənənəsi ilə deyil, azad iradə ilə edilir. Bu səbəbdən evlilik yaşı artıq istisnasız olaraq 18 olacaq”, – deyib.
18 yaşından kiçik şəxslərin evliliyin nəticələrini real qiymətləndirmək qabiliyyətinin olmadığını bildirən Plakolm, bu qadağanın məqsədinin uşaqları qorumaq olduğunu vurğulayıb.
Nazirlikdən verilən açıqlamada “əmioğlu evliliyi” adlandırılan qohum evliliklərində uşaqlarda genetik xəstəlik riskinin iki dəfə artdığı vurğulanıb. Bəyanatda, “Bəzi müsəlman ölkələrində hər 10 nikahdan 6-sı qohumdur. Avstriyada biz şüurlu şəkildə bu cür əməllərin qarşısını almaq istəyirik. Qərb dünyasında bu nisbət 1 faizdən də azdır”, – deyib.
***
Mövcud qaydaya görə, 16 yaşına çatmış və daha çox olan gənc, məhkəmə onların “nikaha girməyə səriştəli” olduğuna qərar verərsə, evlənə bilər. Bu qərar, nikaha girəcək şəxsin yetkinlik yaşına çatması və gənc ərizəçinin nikaha hazır olması şərti ilə məzmun yoxlanılmadan verilə bilər. Bundan əlavə, qanuni nümayəndənin razılığı tələb olunur. Lakin nümayəndə razılıq vermədikdə və bu etiraz üzrlü səbəbə əsaslanmadıqda, məhkəmə razılığı etibarsız hesab edə bilər.
Yeni qanun həm azyaşlıların, həm də qohum nikahını qadağan edir.
***
“Schwarz-Grün” hökuməti keçən avqustda oxşar islahat elan etmişdi. Lakin oktyabrda onlar planı rədd etməkdi bir-birini günahlandırdılar.