İran Ədliyyə Nazirliyinə bağlı Mizan Xəbər Agentliyinin verdiyi məlumata görə, bu gün səhər saatlarında ölkənin cənubundakı Şiraz şəhərində cinayət məhkəməsinin hakimi işə gedərkən öldürülüb.
Agentliyin hesabatında, “Bu gün səhər saatlarında Şiraz 2-ci Cəza Məhkəməsinin 102-ci Şöbəsinin sədri hakim İhsan Baqeri işə gedərkən iki nəfərin hücumuna məruz qalıb. Hakim Baqeri isə sui-qəsd nəticəsində həyatını itirib”.
çap et