Yeni Zelandiya mətbuatında çıxan xəbərlərə görə, ölkənin Şimal adasındakı Palmerston North bölgəsində yaşayan Rayan Sattertueyt, sosial mediada trend olan və iştirakçıların heç bir qoruyucu vasitə istifadə etmədən bir-birlərinə doğru qaçaraq toqquşduğu “Run It” oyununu dostları ilə oynayıb.
19 yaşlı Rayan oyun zamanı başından aldığı ağır zərbədən sonra xəstəxanada dünyasını dəyişib və bu, oyun təhlükəli hesab edildiyi üçün mübahisələrə səbəb olub.
Səlahiyyətlilər Rayanın ölümünü “faciə” kimi qiymətləndirərək, “Biz bu cür oyun və ya fəaliyyətdə iştirak etməyi düşünən hər kəsi ciddi təhlükəsizlik və yaralanma risklərini nəzərə almağa çağırırıq”, – deyiblər.
Səlahiyyətlilər hadisə ilə bağlı cinayət işinin olmadığını və məhkəmə-tibb ekspertizasının davam etdiyini bildiriblər.
Ölüm keçən həftə Oklenddə keçirilən “Run It Straight” yarışmasından sonra baş verib. Səkkiz nəfərin 20.000 Yeni Zelanda dolları mükafatı uğrunda mübarizə apardığı tədbirdə iki nəfər huşunu itirərək xəstəxanaya aparılıb.