Vaxt.Az

Altı türk şirkət qara siyahıda


 

Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları Türkiyəyə də zərbə vurdu

Altı türk şirkət qara siyahıda Avropa Birliyinin 17-ci sanksiya paketi ilə Rusiyanın müharibə iqtisadiyyatına töhfə verdiyi iddia edilən altı türk şirkəti qara siyahıya salınıb. Daha əvvəl ABŞ tərəfindən sanksiyaya məruz qalan bu şirkətlər mühəndislikdən polad ticarətinə qədər fəaliyyət sahələri ilə seçilir.

Avropa Birliyi bu gün Rusiyanın neft ixracında mühüm rol oynayan yüzlərlə tankerə əlavə məhdudiyyətlər tətbiq edəcək 17-ci sanksiyalar paketini elan edib.

Sanksiyalar çərçivəsində Türkiyədə yerləşən 6 şirkət də qara siyahıya salınıb. Sanksiya siyahısında polad ticarəti, maşınqayırma və xarici ticarətlə məşğul olan türk şirkətlərinin dolayı yolla Rusiya hərbi sənayesinə töhfə verdiyi iddia edilir.

Bu çərçivədə siyahıya daxil olan şirkətlərin hamısı 200-ə yaxın adam və şirkət siyahısına daxil edilib.

***

Sanksiyaya məruz qalan türk şirkətlərindən biri olan “CS Management and Support Services” artıq 15 yanvar 2025-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb.

Xarici sərmayədarların Türkiyədə şirkətlər qurmasına vasitəçilik edən şirkət Rusiya ilə əlaqələri ilə diqqət çəkib.

Eyni siyahıda olan “Stimul Engineering Consulting” şirkətinin tərəfdaşları arasında Rusiya vətəndaşı Əbubəkir Vazayev də var.

Şirkətin 2021-2023-cü illər arasında EDM maşınları və polad bərkidiciləri Rusiyaya göndərdiyi sənədləşdirilib.

***

Sanksiyalar türk şirkətləri ilə yanaşı Vyetnam, BƏƏ, Serbiya və Özbəkistanda yerləşən bir sıra digər firmaları da hədəf alıb.

Avropa Birliyinin xarici əlaqələr agentliyi bu paketə Ukraynadakı müharibədə rol oynadığı iddia edilən ümumilikdə 31 şirkət və şəxsləri daxil edib.

Onların yarıdan çoxunun baş ofisi Rusiyada, qalanları isə üçüncü ölkələrdə fəaliyyət göstərir.

Bununla belə, səlahiyyətlilər bu şirkətlərin əvvəlki sanksiyalar paketlərində olduğu kimi yenidən fərqli adlar altında bazara daxil ola biləcəyindən narahatdırlar.

 





27.05.2025    çap et  çap et