***
“The Times” qəzetinin yazdığına görə, Karol Allen adlı qadın xəbərlərdə Kristin adlı rəfiqəsindən “Xərçəngin var?” mesajı alıb. Mesajın həm tonu, həm də məzmunu Alleni təəccübləndirib.
Bir neçə gündən sonra biopsiya edilməli olan qadın bu barədə yalnız bir neçə dost və ailəsinə danışmışdı. Mesajı aldığı dost bu adamların arasında deyildi. "Əvvəlcə qəzəbləndim, çünki bu, həqiqətən də çıxılmaz bir şey idi, çox nəzakətsiz davranış idi", – Allen deyib.
Allen dostunun mesajına cavab verib və mesajı göndərənin əslində Kristin olmadığını başa düşüb. Qadının həqiqətən biopsiyadan xəbəri yox idi. Mesaj avtomatik olaraq “Apple”ın rəqəmsal köməkçisi Siri tərəfindən göndərilib ki, bu da uğursuz təsadüf və texnoloji səhvin nəticəsi idi.
***
Kristinanın dediyinə görə, hadisə baş verən zaman o, əri ilə masa arxasında oturub, başqa bir qohumunun xərçəng diaqnozu və Karol adlı başqa bir dostunun müalicəsi haqqında danışıb. Həmin vaxt onun həyat yoldaşı “Apple Watch” taxmışdı. Onun “iPhone”u otağın digər ucundakı stolun üstündə olub.
Kristin o gün baş verən hadisələri bu sözlərlə izah edib: "Naharımı yeyirdim. Əlimdə çəngəl-bıçaq var idi. Sonra birdən həyəcan siqnalı çaldı. Baxdım və gördüm ki, Kerol “xərçəng var?” mesajl yazılıb.
***
Qadın mesajı silmək üçün masadan qalxıb telefonuna tərəf qaçdığını və daha sonra Karoldan “Bunu haradan bildin? Çünki bazar ertəsi biopsiyam var”, – deyə mesaj aldığını deyib. Kristin çox üzgün olduğunu və az qala donduğunu deyib.
Bu vəziyyətin necə baş verdiyi hələ də sirr olaraq qalır. Kristinanın sözlərinə görə, hadisə baş verən zaman o, “Siri”yə səslənməyib.
“Siri”yə zəng etmək, mesaj göndərmək, təqvimi redaktə etmək və həyəcan siqnalı qurmaq kimi bir sıra səs əmrləri vermək mümkündür. “Apple”ın öz saytına görə, “iPhone”un “Siri” və ya “Hey Siri”yə cavab verməsinin qarşısını almaq üçün telefonu üzü aşağı yerləşdirməli və ya parametrlərdə “Siri”ni söndürməlisiniz.
“Siri”nin doğrulama addımı olmadan mesaj göndərməsi də mümkündür, lakin Kristin deyib ki, onun cihazında bu parametr aktiv olmayıb.
“The Times” həmçinin hadisə ilə bağlı şərh almaq üçün “Apple” ilə əlaqə saxladığını bildirib.