Ölkələr arasında ticarət dövriyyəsinin daha da artırılması əsas hədəflərdəndir. 2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-cü ildə 5 milyard 842 milyon dollar və eləcə də 2021-ci ildə 4 milyard 661 milyon dollar olub. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Azərbaycan ilə Pakistan arasındakı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ciddi potensial var. 2023-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən cüzi dəyişiklik olsa da 2021-ci il ilə müqayisədə dövriyyə 2.3 dəfə artıb. 2021-ci ildə 11.7 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə il 27 milyon dollaradək yüksəlib. Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Qarşılıqlı rəsmi səfərlər zamanı təşkil edilən müzakirələr və imzalanan sənədlər bu imkanlardan daha çox faydalanmağa şərait yaratmaqdadır.