AzNews.az-ın AYB-nin mətbuat xidmətinə
istinadən məlumatına görə, bu barədə Universitetin rektoru, professor Sami
Özcanın başqanlığı, Fənn-ədəbiyyat fakültəsi dekanlığı iyirmi nəfərə yaxın
professor və dosentin imzaladığı qərarla xalq yazıçısı Anara Qars Qafqaz
Unuversitetinin fəxri doktoru adı verilib.
Qərarda göstərilir ki, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin məzunu olan, həm əsərləri, həm də “Qobustan” sənət toplusunda redaktorluğu ilə Azərbaycan türkcəsinin saflığı, gəlişməsi və irəliləməsi üçün mücadilə edən, 1991-ci ildə bağımsızlıq qazanan Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq və idarə etmək şərəfinə layiq görülən, iki dönəm Azərbaycan Milli Məclisinin üzvü olaraq Azərbaycan kulturunun yüksəlməsi üçün əzmlə çalışan, Azərbaycan Ana Yasa Komisyonunun üzvü, Azərbaycan Yazarlar Birliyi başqanı və Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında önəmli qatqıları olan yazar, ssenarist, kinorejissor Anara bu çalışmalarından dolayı Fəxri doktorluq adı verilməsinə yekdilliklə qərar verilib.