Trampın son açıqlamaları 2022-ci ilin əvvəlində Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri Rusiyanın həyata keçirdiyi ən böyük pilotsuz təyyarə və raket hücumlarına başlamasından sonraya təsadüf edir.
Tramp "Truth Social" sosial media platformasında, "Vladimir Putinin dərk etmədiyi odur ki, mən olmasaydım, çoxdan Rusiya üçün həqiqətən pis hadisələr baş verərdi, həqiqətən də pis şeylər olardı. O, odla oynayır!”, yazıb.
***
Donald Tramp dünən Putin üçün indiyədək ən sərt sözlərini işlətməyə başlayıb. Tramp dünən tvitində "Putin tamamilə dəlidir" deyib.
"Rusiya prezidenti Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O, tamamilə dəli olub. O, səbəbsiz yerə çoxlu insanı öldürür və mən təkcə əsgərlərdən danışmıram. O, heç bir səbəb olmadan Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələr atır", – Tramp deyib.
Rusiyanın çökə biləcəyini iddia edən Tramp, "Mən həmişə demişəm ki, o, Ukraynanın bir parçasını deyil, bütün Ukraynanı istəyir və bəlkə də bu doğrudur, amma bunu etsə, bu, Rusiyanın dağılmasına səbəb olacaq", – deyib.