Tramp, ABŞ-la razılaşma əldə edə bilməyəcəyi və ya ədalətsiz rəftar edildiyi təqdirdə onunla ticarətdə “saziş qurmaq” səlahiyyətinin olduğunu söylədi. “Mən indicə xəbər aldım ki, AB çox tez görüş tarixi təyin etməyə çağırıb. Bu, müsbət haldır və ümid edirəm ki, Çindən xahiş etdiyim kimi, onlar sonda Avropa ölkələrini ABŞ ilə ticarət etmək üçün açacaqlar”.
Tramp bəyan edib ki, bunu etsələr, həm Çin, həm də AB çox xoşbəxt və uğurlu olacaq.
O, keçən həftə AB ilə ticarət danışıqlarının heç bir yerə getmədiyinə deyinmişdi.
ABŞ prezidenti Tramp keçən həftə AB ilə ticarət danışıqlarının heç bir yerə getmədiyini deyərək iyunun 1-dən birbaşa AB-yə 50 faiz tarif tətbiq etməyi təklif etmişdi.
AB Komissiyasının sədri Ursula von der Leyenin həftə sonu telefon danışığında əlavə vaxt tələb etdiyini bildirən Tramp, AB-yə 50 faizlik tarif tətbiq etmə qərarını 9 iyul 2025-ci ilə qədər təxirə saldığını açıqladı.