Yunanıstanın dövlət televiziyası ERT-nin xəbərinə görə, Mülki Müdafiə Baş katibinin Serres, Lefkonas və Kristos yaşayış məntəqələri üçün qəbul etdiyi fövqəladə vəziyyət qərarı suda aşkar edilən uran problemi ilə mübarizəni asanlaşdırmaq məqsədi daşıyır.
Serres Bələdiyyə Başçısı Varvara Bitlianqanın tələbi ilə qəbul edilən qərar iyunun 26-dək davam edəcək.
Bu qərar müvafiq bələdiyyə və qurumların fövqəladə vəziyyətlərdə istifadə oluna biləcək maliyyə alətlərinə çıxışını təmin edəcək və problemin həlli prosesini sürətləndirərək vətəndaşlara dəstək verəcək.
Ötən həftə Serresdə aparılan yoxlamalar zamanı içməli suda uranın təhlükəli miqdarı aşkar edilib, beş yaşayış məntəqəsində sudan içməli və yemək bişirmək üçün istifadə qadağan edilib.