Dünən- mayın 12-də Salyanda «Demokratiyaya yardım» QHT-nin rəhbəri Emil Məmmədov zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.
Virtualaz.org xəbər verir ki, bu barədə
o, Salyan rayon polisindən «Turan»a telefonla məlumat verməyə müvəffəq olub.
Bundan sonra E.Məmmədovun telefonu söndürülüb.
Aprelin 17-də QHT-nin digər bir fəalı
Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.
Tofiq Qasımovun həbsindən sonra E.
Məmmədovu dəfələrlə Salyan polisinə çağırıblar, burada müxtəlif rayon
idarələrinin – poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərlərini
internetdə nüfuzdan salan materiallar dərc etməkdə ittiham ediblər. O, bu
ittihamları uydurma adlandırıb.
«Demokratiyaya yardım» QHT cənub
regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir.
çap et