Vaxt.Az

51-ci ştat söhbəti bitdi


 

Kral III Çarlz Donald Trampın Kanadanı ilhaq etmək hədəsinə sərt cavab verdi

51-ci ştat söhbəti bitdi İngiltərə kralı III Çarlz Kanada parlamentindəki çıxışında ABŞ prezidenti Donald Trampın Kanadanı ilhaq etməklə hədələməsinə münasibətini bildirib.

Adını çəkmədən Trampı sakitcə tənqid edən Çarlz “Kanada Kanada olaraq qalacaq” deyib.

Çarlz, “Demokratiya, plüralizm, qanunun aliliyi, öz müqəddəratını təyinetmə və azadlıq Kanadalıların dəyər verdiyi və hökumətin qorumağa qərarlı olduğu dəyərlərdir”, – deyib.

Kanadanın “güclü və azad” quruluşunu vurğulayan İngiltərə kralı taxtında oturarkən etdiyi çıxış parlament üzvləri tərəfindən böyük alqışlarla qarşılanıb.

Təxminən yarım saat davam edən çıxışında İngiltərə kralı suverenliyi vurğulamaqla yanaşı, “əlverişli mənzil, ətraf mühit, kanadalıların problemləri və sərhəd təhlükəsizliyi” kimi mövzulara da toxunub.

Çarlzın çıxışı ABŞ prezidenti Trampın Kanadanın 51-ci ştat olması ilə bağlı çoxsaylı danışıqlarına cavab kimi qiymətləndirilib.

İngiltərə kralı III Çarlz 16 ölkənin, o cümlədən Kanada, İngiltərə, Avstraliya, Yeni Zelandiya, Karib hövzəsi və Sakit Okeandakı bir sıra irili-xırdalı ölkələrin dövlət başçısıdır.

***

ABŞ prezidenti Tramp vəzifədə olduğu ilk günlərdən Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə iki ölkə arasında ticarət əlaqələri ilə bağlı mübahisə edib.

Tramp, ABŞ-ın Kanadaya hər il 100 milyard dollar subsidiya verdiyini iddia etmişdidi və Kanadanın ABŞ-ın 51-ci əyaləti olması halında bu dəstəyin məntiqli olacağını demişdi.

“İllər əvvəl süni xətlə ayrılan” iki ölkə arasında artıq sərhəd olmaması lazım olduğunu müdafiə edən Tramp, paylaşımında “Təsəvvür edin, bu torpaq kütləsi nə qədər gözəl olardı. Hər cəhətdən sərfəli, heç bir zərəri yoxdur. Onsuz da olması lazım olan bu idi”, – demişdi.

 





28.05.2025    çap et  çap et