“Polıtıco”nun əldə etdiyi sənədə görə, Respublikaçı administrasiya ABŞ-da təhsil almaq üçün müraciət edən bütün əcnəbi tələbələrdən sosial media yoxlanışından keçməyi tələb etməyi planlaşdırır.
Xəbər təşkilatının bildirdiyinə görə, dövlət katibi Marko Rubio bütün səfirliklərə və konsulluqlara tələbə vizaları üçün yeni görüş tarixləri yaratmağı dayandırmağı tapşırıb, mövcud müraciətlər üzrə “daha çox sosial media məlumatı toplanana qədər”.
Rubionun imzaladığı sənəddə viza üçün müraciət edən tələbələrin sosial media hesablarında dəqiq nəyin nəzərdən keçiriləcəyi göstərilməyib, lakin “terrorçuları kənarda saxlamağa və antisemitizmlə mübarizəyə yönəlmiş” icra sərəncamlarına istinad edilib.
ABŞ-da Donald Tramp administrasiyası Harvard Universiteti kimi “həddindən artıq liberal” hesab etdiyi elit universitetləri hədəf alan və kampuslarında “antisemitizmə icazə verməkdə” ittiham edən bəyanatlar verir.
Sözügedən universitetlərə qarşı maliyyə sanksiyaları tətbiq edən rəhbərlik, Fələstin nümayişlərini dəstəklədikləri səbəbiylə bir çox xarici tələbənin immiqrasiya polisi tərəfindən saxlanılması ilə nəticələnəcək qərarları da qüvvədə saxlayır.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri təşkilatı aprel ayında elan etmişdi ki, yəhudi fərdlərin “anti-semit sosial media fəaliyyətləri və təqiblərini” onların immiqrasiya hüquqlarından məhrum etmək üçün əsas kimi nəzərdən keçirəcək.
Təşkilat rəsmiləri sosial mediada antisemit terrorizmi və ya təşkilatları dəstəkləyən yazıları immiqrasiya qərarlarında mənfi faktorlar kimi qiymətləndirəcəklərini bildiriblər.